“Elə yaşa çatdıq ki, bir-bir gedirlər” - Video

ele-yasa-catdiq-ki-bir-bir-gedirler
Oxunma sayı: 1391

“Təəssüf ki, ömrümüzün elə bir yaşına çatdıq ki, bir-bir gedirlər, sayımız azalır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Xalq artisti Nurəddin Mehdixanlı deyib:

“Bu gün biz Azərbaycan kinsounun böyük bir şəxsiyyətini itirdik. Bütün mənalarda böyük itkidir. Rasim Balayev sıradan bir sənət adamı deyildi. O, Azərbaycan kino və teatrında özünün qızıl səhifəsini yazmış böyük aktyorumuzdur. Rasimi tələbəlik illərindən tanıyıram. O bizim “Nəsimi”miz, “Babək”imiz, “Beyrəy”imiz idi. Eyni zamanda da dostumuz idi.

Əzizlərim, gəlin yaşa dolmuş insanlarımızı qoruyaq. Onların səhhətinə problem yaradacaq məsələlərdən çəkinək. Sağ ikən onların daha çox yaşamasına səbəb olmalıyıq”.

Lamiyə Məmmədova