Gənc oğlanın meyiti yaşadığı evdən tapıldı

genc-oglanin-meyiti-yasadigi-evden-tapildi
Oxunma sayı: 972

Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev