Bakıdakı DÇ-nin altıncı gününün püşkü atıldı

bakidaki-dc-nin-altinci-gununun-pusku-atildi
Oxunma sayı: 1603

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.