Bakının mərkəzində qızın başına beton parçası düşdü

bakinin-merkezinde-qizin-basina-beton-parcasi-dusdu
Oxunma sayı: 7604

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu Azadlıq prospekti 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Həmçinin oxuyun: Банк Республика в партнерстве с Visa запустили новую услугу “Mobil POS”!

Beton parçası səkidə hərəkət edən piyada, 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza