Bakının məşhur otelində qətl- - Məşqçi bıçaqlandı, 1 nəfər öldü

bakinin-meshur-otelinde-qetl-
Oxunma sayı: 5450

 

İlkin məlumata görə, otelin idman zalında  qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının  məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlar və hələlik kimliyi məlum  olmayan şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Məlumata görə, Azər  adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

***

“Avropa” otelindəki dava zamanı bıçaqlanan məşqçi Ruslan Əfəndiyev müalicə aldığı klinikadan evə buraxılıb.

Qarışıq döyüş növləri üzrə məşqçinin müalicə aldığı “City Hospital”dan virtualaz.org saytına verilən məlumata görə, R.Əfəndiyev bu gün səhər klinikadan çıxıb. Məşqçi xəstəxanadan yaxınları tərəfindən çıxarılıb.

Klinikadan o da bildirildi ki, R.Əfəndiyevin vəziyyəti yaxşı olub və onun həyatı üçün təhlükə yoxdur.