Bakıya gəlməmiş hədiyyəsini aldı - Fotolar

bakiya-gelmemis-hediyyesini-aldi-fotolar
Oxunma sayı: 717

Konsertin təşkilatçısı, tanınmış prodüser Samir Xattabın “Qafqazinfo”ya verdiyi məlumata görə, Marina Alievanın Xuraman Şuşalı ilə birgə verəcəyi konsert 14 dekabrda saat 17:00-da paytaxtın “Capones” kulubunda baş tutacaq.

“Marina dekabrın 10-da Bakıda olacaq. İlk öncə o, “Karolina Valiant”ın reklamına çəkiləcək. Daha sonra isə paytaxtımızda Marinanın klip çəkilişləri baş tutacaq”, - Xəttab bildirib.

Samir Xəttab onu da söyləyib ki, Marina hələ Bakıya gəlməmiş ona mahnı da hədiyyə olunub: “Konsert barədə xəbər tutan, Avropada Saşa Ten kimi tanınan bəstəkarımız Kamal Bağır Marinaya öz mahnılarından birini hədiyyə edib”.

Onu da deyək ki, Marina Əliyevanın Xuraman Şuşalı ilə birgə verəcəyi konsertdə qonaq qismində reper Hüseyn Dərya da çıxış edəcək.

Xatırladaq ki, konsertin informasiya dəstəyi Qafqazinfo.az saytı və Avropa.az radiosudur. Bilətlərinin qiyməti 30-50 azn təşkil edir. Biletləri əldə etmək və əlavə məlumat almaq üçün 077 360 70 50 nömrəsinə müraciət edə bilərsiniz.

Aynur Babayeva