Bakıya gətirilən bahalı avtomobillər yandı - Video

bakiya-getirilen-bahali-avtomobiller-yandi
Oxunma sayı: 19111

Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

“Qafqazinfo” FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.