Şəmkirdə iki nəfəri cərəyan vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini 2008-ci il təvəllüdlü Nəsibova Pərvin Habil qızı və 1993-cü il təvəllüdlü Hümbətov Hümbət İkram oğlu ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Bildirilir ki, səhər saatlarında Düyərli kəndində evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.
Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.
***
Bu gün Şəmkirin Düyərli kəndində baş vermiş faciəvi hadisənin bəzi detalları məlum olub.
Yaxınlarının verdiyi məlumata görə, cərəyan vurmasından ölən 16 yaşlı Pərvanə Nəsibova orta məktəbin 10-cu sinif şagirdi imiş. 31 yaşlı Hümbət isə bir ay əvvəl Pərvanənin bacısı ilə ailə həyatı qurubmuş.
Hadisəyə gəlincə, bu gün onların qonşuluğunda evdə yanğın olub. Pərvanə oraya gedərək evin səliqəyə salınmasına yardım edib və bu zaman onu elektrik cərəyanı vurub. Hümbət isə yaxınlaşaraq baldızını xilas etmək istəyərkən onu da cərəyan vurub. Nəticədə hər iki şəxs hadisə yerində ölüb.