Ağdaş rayonunda azyaşlı itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.
Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.
Müraciətlə bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və digər aidiyyəti qurumların əməkdaşları azyaşlının tapılması istiqamətində axtarış aparır.