Şagirdlərin mübahisəsinə valideynlər qarışdı - Bıçaqlanan var - Yenilənib

sagirdlerin-mubahisesine-valideynler-qarisdi
Oxunma sayı: 1686

Cəlilabad rayonunda məktəblilər arasında mübahisə qanlı hadisə ilə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, iki şagird arasındakı mübahisəni aydınlaşdırmaq üçün valideynləri görüşüblər. Bu zaman onlar arasında yaranan mübahisə dava ilə nəticələnib. Valideynlərdən Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, dünən saat 20:00 radələrində 1985-ci il təvəllüdlü kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş çoxsaylı açıq yaralar diaqnozu təyin edilib.

Pasiyent cərrahi əməliyyata alınıb, hazırda vəziyyəti stabil qiymətləndirilir.

Surxay Şahbazov