Qazaxıstanda iki cüdoçumuz mübarizəyə başlayır

qazaxistanda-iki-cudocumuz-mubarizeye-baslayir
Oxunma sayı: 181

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq.

Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq.

Xatırladaq ki, “Böyük Dəbilqə” mayın 10-u başa çatacaq.