“Bu gün 9 Mayı Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh şəraitində qeyd edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında yazıb.
Onun sözlərinə görə, artıq iki ildir ki, toqquşmalar, itkilər yoxdur və sərhəddəki yaşayış məntəqələri atəşsiz mühitdə yaşayır: “Bu, müstəqillikdən bəri ölkəmizin ilk dəfə əldə etdiyi ən mühüm nailiyyətdir. Bu gün bizim vəzifəmiz əldə etdiyimiz sülhü düzgün şəkildə qorumaqdır”.
Son xəbərlər
Son Xəbərlər