“Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

bandotdel-vezifeli-sexslere-qarsi-emeliyyat-kecirir
Oxunma sayı: 19145

Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsinə ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı əməliyyat keçirir. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Bandotdel” Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Xeyli sayda saxlanılanlar var.

***

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bununla bağlı paylaşım edib. Bildirib ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq.

Murad Əhməd