“Bank Avrasiya”nın Müşahidə Şurasının Sədri ABA-nı təbrik edib

bank-avrasiyanin-musahide-surasinin-sedri-aba-ni-tebrik-edib
Oxunma sayı: 741

Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35 illiyini qeyd edir. “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının Sədri Fuad Aslanov bu münasibətlə Azərbaycan Banklar Assosiasiyasını təbrik edib.

Müşahidə Şurasının Sədri öz təbrikində,  ölkənin bank sektorunun inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən, bu sahədə bir sıra innovativ layihələrə imza atan Banklar Assosiasiyasını  əlamətdar gün, 35 illik yubileyi münasibətilə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını “Bank Avrasiya” ASC-nin kollektivi adından təbrik etdiyini bildirib.

“Bank Avrasiya”  olaraq biz hər zaman irəliyə baxır, dəyişən dünyaya uyğunlaşan, rəqəmsal və çevik maliyyə ekosistemi qurmaq üçün çalışırıq. Bu yolda ABA ilə olan tərəfdaşlığımız bizim üçün olduqca dəyərlidir. Əminik ki, birgə təşəbbüslərimiz gələcəkdə də parlaq nəticələr verəcək.

ABA rəhbərliyinə və komandasına yeni zirvələr, innovativ ideyalar və davamlı uğurlar arzulayırıq!”

Hörmətlə, Fuad Aslanov

Müşahidə Şurasının Sədri

Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? Bank Avrasiyanın rəsmi veb səhifəsinə daxil olun və ya *2226 nömrəsi ilə əlaqə saxlayın.