“Bank BTB” ASC-də yeni təyinat

bank-btb-asc-de-yeni-teyinat
Oxunma sayı: 2238

Anar Yusif oğlu Əzizov “Bank BTB” ASC-də Satışlar departamentinin Biznes kreditləri şöbəsinin rəhbəri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, o, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində (1998-2002), magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə-kredit fakultəsində (2004-2007) alıb. 

Anar Əzizov əmək fəaliyyətinə “Parabank” ASC-də başlayıb, daha sonra “Turanbank” ASC-də – Kredit şöbəsinin müdiri (2009-2018), “Azərbaycan Beynəlxalq Bank” ASC-də – Kiçik və Orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi (2018-2020), Bank Aktivlərinin idarə edilməsi Agentliyi MMC-də – Baş mütəxəssis (2020-2021), “Bank BTB” ASC-də – baş mütəxəssis (2021-2022), “RabitəBank” ASC-də – Filial müdirinin müavini (2022-2023) kimi vəzifələrdə çalışıb. 

2023-cü ilin iyun ayında “Bank BTB” ASC-nin Satışlar departamenti, Biznes kreditləri şöbəsinin rəhbəri təyin olunub.