“Bank of Baku”nun mənfəətində yüksək artım - 30 milyonu keçdi

bank-of-bakunun-menfeetinde-yuksek-artim
Oxunma sayı: 265

Ölkənin seçilən banklarından olan “Bank of Baku” ötən ilin 4-cü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Bank xalis mənfəətdə 2025-ci ili 30,5 milyon manat üzəri xalis mənfəət göstəricisi ilə başa vuraraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artıma nail olub.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 %-dən çox, yəni 5 milyon manatdan çox artım deməkdir. Xalis mənfəətdə əldə olunan bu nəticə 2025-ci ilin 3-cü rübü ilə müqayisə olunduqda 27 %-dən çox artımla müşahidə olunur.

“Bank of Baku”nun maliyyə hesabatında digər göstəricilərdə də müsbət dinamika izlənilir. Müştərilərə verilmiş kreditlərin həcmi son bir ildə 20 % artaraq 760 milyon manatdan 910 milyon manata yüksəlib. 910 milyon manatlıq kredit portfelinin əsas hissəsini istehlak kreditləri təşkil edir. 699 milyon manatlıq istehlak kreditləri portfelində də ötən ilin eyni dövrü ilə müqayisədə 21 % artım var. Biznes kredit portfeli isə 148 milyon manat təşkil edir ki, bu da 12 % artım deməkdir.
Bankın depozit portfelində isə son bir ildə 592 milyon manatdan 740 milyon manata qədər yüksəlmə müşahidə olunur. 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 25 %, 2025-ci ilin 3-cü rübü ilə müqayisədə isə müşahidə olunan 6 %-lik artım müştərilərin “Bank of Baku”ya yüksələn etimadının göstəricisidir.

“Bank of Baku”nun kapital göstəriciləri də 2024-cü ilin eyni dövrünə nəzərən 13% artaraq 155 milyon manatdan 175 milyon manata qədər yüksəlib.

Hesabatlar göstərir ki, “Bank of Baku” “1 milyardlıq bank” hədəfinə də nail olub. Bankın cəmi öhdəliklər və kapital üzrə göstəriciləri 1,152,476 manatdır.

Məlumat üçün bildirək ki, “Bank of Baku” 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

“Bank of Baku”nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsinə daxil olaraq tanış olmaq olar.

Daha ətraflı: 145 Məlumat Mərkəzi, “Bank of Baku” , “Facebook”