Bank Respublika Laçında ilk dəfə məktəbə gedəcək uşaqları sevindirdi

bank-respublika-lacinda-ilk-defe-mektebe-gedecek-usaqlari-sevindirdi
Oxunma sayı: 1115

Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə bir çox sosial layihələr həyata keçirib.

44 günlük Vətən müharibəsindən sonra Bank Respublika tərəfindən prioritet istiqamət kimi şəhid və qazı ailələrinə dəstək, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda müxtəlif mövzulu sosial layihə həyata keçirmək seçilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda - Laçın rayonunda reallaşdırıb.

Belə ki, “15 sentyabr - Bilik Günü” ərəfəsində Bankın əməkdaşları Laçın şəhərinə səfər edərək burada ilk dəfə məktəbə gedəcək uşaqlarla görüşüb. Görüşdə bankın əməkdaşları balacalara məktəb ləvazimatlarından ibarət məktəbli çantalar hədiyyə edib, onlara yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu ediblər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.