İspaniya Kral Kuboku uğrunda yarım final oyunu davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda “Real” əzəli rəqibi olan “Barselona”nı qəbul edir.
İlk hissə qolsuz bərabərliklə başa çatıb.
***
"Barselona" 51-ci dəqiqədə hesabı açıb. Luis Suares fərqlənməyi bacarıb.
***
Oyunun 69-cu dəqiqəsində Rafael Varanın vurduğu avtoqolla “Barselona” hesabda yenə irəli keçdi.
***
Matçın 72-ci dəqiqəsində "Real"ın qapısına təyin edilən penaltini Luis Suares dəqiqliklə yerinə yetirdi. "Barselona" hesabda 3:0 öndədir.
***
"Barselona" 3:0 hesabı ilə qalib gələrək kubokun finalına vəsiqə qazandı.









Son xəbərlər
Son Xəbərlər