İspaniyanın Barselona şəhərində Gürcüstan vətəndaşlarına qarşı əməliyyat həyata keçirilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 66 nəfər saxlanılıb.
Onların çoxu oğurluqda ittiham edilib. Həmçinin, bəzilərinin miqrasiya qanunlarını pozduğu bildirilir.
Əməliyyatda ümumilikdə 250-yə yaxın polis iştirak edib.
Son xəbərlər
Son Xəbərlər