Bu barədə “Qafqazinfo”ya açıqlama verən ifaçının dostu və prodüser Samir Əliyev (Samiraldo) bildirib ki, S. Bağırovun yeni mahnısını bəstəkar İ. Əsədov hələ də hazırlayıb ortaya çıxara bilmir: “Buna görə də Samirin işləri dayanıb. İsmayıl Əsədov söz və musiqisi özünə aid olan mahnısını Samir üçün hazırlamağa söz verib. Amma 4 aydır bizim işimizi yubadır. Samir gedib mahnını oxuyub da... Mən bilmirəm səsyazma olunun mahnının İsmayil Əsədovun komandası niyə hazırlıya bilmir. Biz bir həftə də gözləyirik, onlar mahnını hazırlayıb verməsələr, daha o mahnı bizə lazım deyil. Artıq hövsələdən çıxdıq”.
Müğənninin prodüseri onu da deyib ki, Samir Bağırov bu mahnının ifa edəndə çox həvəsli olub, indisə həvəsdən düşüb: “İsmayıl Əsədovunun bu mahnını gecikdirməsi Samiri həvəsdən salıb. O, hətta bu mahnının gecikməsinə görə depressiya da düşdü. Bir həftəyə hazır olmasa, Samir başqa bir bəstəkarın mahnınsını oxuyacaq”.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər