Baş məşqçi oyun zamanı vəfat etdi - Video

bas-mesqci-oyun-zamani-vefat-etdi
Oxunma sayı: 2492

Serbiya Superliqasında çıxış edən “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç faciəvi şəkildə vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Serbiya çempionatının 14-cü turunda səfərdə “Mladost Luçani”yə qarşı keçirilən oyun zamanı huşunu itirib.

Matç dərhal dayandırılıb. Jijoviç xərəkdə stadiondan çıxarılıb xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Oyun yenidən başladılıb, lakin 41-ci dəqiqədə Jijoviçin ölüm xəbəri yayıldıqdan sonra matç növbəti dəfə dayandırılıb. Çalışdırıcının ürəktutmadan vəfat etdiyi bildirilib. 

Qeyd edək ki, Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi vəzifəsinə oktyabrın 22-də təyin olunmuşdu.