Baş Nazir sürücülük vəsiqələrinə dəyişiklik etdi

Baş Nazir sürücülük vəsiqələrinə dəyişiklik etdi
Oxunma sayı: 8236

Baş Nazir Əli Əsədov “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib. 

“Qafqazinfo” xəbər verir ki, qərarın “Sürücülük vəsiqəsinin Təsviri” üzrə:1.1. 1.2.1-ci yarımbənddə “(OVİ – opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilib. 

Qərarın 1.2. 1.4-cü bəndinə əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür. 

Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə 2.1. 1.1.1-ci yarımbəndə “İSO/İEC 7810 Kimlik kartları – Fiziki xüsusiyyətlər” sözlərindən sonra “, “İSO/İEC 14443 Kimlik kartları -Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və “İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilib. 

1.1.3-cü yarımbənddə “yazılmasını və oxunmasını” sözləri “mübadiləsini” sözü ilə əvəz edilib  və həmin yarımbəndin ikinc cümləsi çıxarılıb.  1.1.4-cü yarımbənd ləğv edilib. 

1.1.6-cı yarımbəndə “həddində” sözündən sonra “, informasiya sistemi “Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilib.  1.1.10-cu yarımbənddə “(OVİ - opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilib. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi