Türkiyəli jurnalist Yağız Sabuncuoğlu futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emrelinin transferi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, jurnalist bu barədə Tvitterdə paylaşım edib.
O bildirib ki, Türkiyənin “Başakşehir” klubu M.Emreliyə görə Polşa “Legiya”sına 750 000 avro təklif edib.
Xatırladaq ki, bir həftə əvvəl Türkiyə mətbuatında 24 yaşlı forvardın “Başakşehir”lə anlaşması ilə bağlı xəbər yayılmışdı.