Basketbolçumuz ABŞ-də məşqlərə başladı - Foto

basketbolcumuz-abs-de-mesqlere-basladi
Oxunma sayı: 2250

Azərbaycanlı basketbolçu Hüseyn Qaflanov ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında (SCA) məşqlərə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, basketbolçu skautların diqqətini cəlb edib.

ABŞ-də yaşayan məşhur skaut Laşa Parqalava da azərbaycanlı idmançı haqqında danışıb.

O bildirib ki, H.Qaflanov gələcək vəd edir: “Bir neçə oyunda onun necə də mükəmməl şəkildə inkişaf etdiyinin şahidi oldum. Hüseynin çox güclü xarakteri var və bu mənada o amerikalı oyunçulardan heç də geri qalmır.

Onların qarşısında qətiyyən geri addım atmır. Məşqçiləri bu idmançının gələcəyi ilə bağlı çox həyəcanlıdırlar. Hüseynin məşq prosesini və oyunlarını canlı izləmək maraqlı idi. Mən onun xüsusi oyunçu olacağını düşünürəm”.