Gürcüstandan havaya qalxan yüngülmühərrikli təyyarə Türkiyənin Rize vilayətində dənizə təcili eniş edib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, “Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən havaya qalxıb və göyərtəsində 2 nəfər olub.
Onların Belçika vətəndaşları olduğu və xilas edildikləri bildirilib. Sahilə çıxarıldıqdan sonra xəstəxanaya aparılan həmin şəxslərin vəziyyəti açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər