Bayden and içdi - Fotolar

bayden-and-icdi
Oxunma sayı: 7179

ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden inauqurasiyası keçiriləcək Konqresdəki podiuma çıxıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens var. Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.   

Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.

Bu dəfə andiçmə mərasimində himni Ledi Qaqa ifa edib.

Daha sonra mərasimdə müğənni Cennifer Lopez çıxış edib. 

ABŞ-ın 46-cı Prezidenti Cozef Bayden ölkəyə və Konstitusiyaya sadiq qalacağına and içib.

Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib. Bununla da K.Harris ABŞ-ın 49-cu vitse-prezidenti olub.