Bayden bu halda Rusiya ilə müharibəyə getməli olduğunu bildirib

bayden-bu-halda-rusiya-ile-muharibeye-getmeli-oldugunu-bildirib
Oxunma sayı: 14167

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Ukrayna məğlub olsa, Rusiya ilə müharibəyə getməli olacaqlar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu qərarı ABŞ Konqresinin Respublikaçılar qanadı ilə Ağ Ev arasında Ukraynaya yardımla bağlı fikir ayrılığı yaşadıqdan sonra verib.

Bildirilib ki, Ukraynanın əks-hücumundan gözlənilən nəticələr alınmadıqdan sonra Kiyevə yardım ABŞ siyasətində mühüm müzakirə mövzularından birinə çevrilib.

Vurğulanıb ki, demokratlar və Co Bayden administrasiyası Ukraynaya yardımın davam etdirilməli olduğunu bildirərkən respublikaçılar bu fikirdədirlər ki, həmin resurslar ABŞ-nin cənub sərhədinin təhlükəsizliyinə və ölkəyə kütləvi qaçqın axınının qarşısının alınmasına yönəldilməlidir.