Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək

bayden-iii-carlzin-tacqoyma-merasimine-getmeyecek
Oxunma sayı: 1843

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək.

Bu barədə “Qafqazinfo” “The Telegraph” nəşrinə istinadən xəbər verir.  

Dövlət başçısı özünün yerinə nümayəndə heyəti göndərəcək.

Həmçinin C. Baydeninin yerinə onun həyat yoldaşı Cill Bayden gedə bilər.

Qeyd edək ki, mayın 6-da baş tutacaq tədbirdə iştirak edəcək dövlət başçıları arasında İrlandiya, Fransa, İspaniya, Belçika, Yaponiya, Macarıstan, Monako liderləri olacaq.