Baydenlə görüşə gedən Polşa Prezidentinin təyyarəsi qəza enişi etdi

baydenle-goruse-geden-polsa-prezidentinin-teyyaresi-qeza-enisi-etdi
Oxunma sayı: 3254

Polşa Prezidenti Andjey Dudanın təyyarəsi paytaxt Varşava şəhərində qəza enişi edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, Polşa Prezidenti amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Jeşuv şəhərinə yollanırmış. 

Bildirilir ki, hazırda Varşavada Dudanı Baydenlə görüşə çatdırmaq üçün ehtiyat təyyarə hazırlanır.