Bayram günlərində 40 nəfər zəhərlənib

bayram-gunlerinde-40-nefer-zeherlenib
Oxunma sayı: 743

Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə 40 müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə KTM məlumat yayıb. 

Bildirilib ki, bayram tətili günlərində, yəni dekabr ayının 30-dan yanvarın 6-na qədər KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub. 

Müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir. 

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.