Bayramı bulvarda qeyd etmək istəyənlərin nəzərinə!

bayrami-bulvarda-qeyd-etmek-isteyenlerin-nezerine
Oxunma sayı: 4150

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən bayram günlərində sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunması, eyni zamanda sərnişinlərin gedəcəkləri istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatdırılması məqsədilə dekabrın 31-i Dənizkənarı Milli Park istiqamətindən 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul edilib.

Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumat verilib. Bildirilib ki, bunlar Dənizkənarı Milli Park - “20 Yanvar” metro stansiyası  və Dənizkənarı Milli Park - “ Həzi Aslanov” metro stansiyası istiqamətidir.

Eyni zamanda BNA-nın göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək. Agentlik tərəfindən bayram günləri sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.

Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.