Cahangir Hacıyev açıqlama verdi

cahangir-haciyev-aciqlama-verdi
Oxunma sayı: 681

« Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin bank xidmətlərinə olan tələbatının təmin edilməsi üçün martın 22-də də fəaliyyət göstərəcək ». Bunu bu gün,martın 17-də Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. Belə ki, martın 22-də Bankın Sabunçu, Gəncə və Sumqayıt filialları tam iş günü qrafiki ilə fəaliyyət göstərəcək.

C.Hacıyev bildirib ki, bundan əlavə bayram günlərində əhalinin nağd pula olan tələbatının təmin edilməsi üçün ABB-nin bütün filialları tərəfindən bankomatların fasiləsiz fəaliyyəti və onların nağd pulla təchiz edilməsi təmin olunacaq.

Hazırda Bankın ölkə üzrə 37 filialı və 630 bankomatı var, 4 minə yaxın POS-terminalı fəaliyyət göstərir.

Qeyd edək ki, ABB 1992-ci ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.

Xaırladaq ki, musavat.com saytı Cahangir Hacıyevin həbsi ilə bağlı redaksiyaya məlumat daxil olduğu barədə xəbər yaymışdı. Məlumatda deyilirdi: “Bank rəhbərinin həbsinə səbəb isə xaricə pul transfer etməsi göstərilir. Məlumatda həmçinin qeyd olunur ki, ölkədə bank sektoruna aid yüksək kadro heyətinin həbslərinə start verilib. Cahangir Hacıyevin həbsi xəbəri bu gün saat 23:43 radələrində yayıldığından rəsmi qurumlardan əlavə məlumat ala bilmədik”.