Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər

belarus-avro-2024-den-uzaqlasdirila-biler
Oxunma sayı: 3157

UEFA İcraiyyə Komitəsi Belarus millisini Avropa çempionatının seçmə mərhələsində iştirakdan kənarlaşdıra bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Bildirilib ki, aprelin 4-də UEFA İcraiyyə Komitəsi keçiriləcək və Belarus millisinin 2024-cü il Avropa çempionatının seçmə turnirindən kənarlaşdırılması məsələsinə baxılacaq. Belə bir xahişlə UEFA prezidenti Avropa Parlamentinin deputatlarına müraciət edib.

Avro-nun seçmə mərhələsinin ilk mərhələsində Belarus millisi İsveçrə millisi ilə qarşılaşacaq. Qarşılaşma Serbiyada, Novi Sad şəhərindəki Karadjorde stadionunda keçiriləcək.