Belarus DİN rəhbəri etirazlarda təsadüfi insanların yaralanmasına görə üzr istədi

belarus-din-rehberi-etirazlarda-tesadufi-insanlarin-yaralanmasina-gore-uzr-istedi
Oxunma sayı: 1836

Belarusun Daxili İşlər naziri Yuri Qarayev bildirib ki, etirazlarda təsadüfi insanların yaralanmasına görə məsuliyyəti öz üzərinə götürür və üzr istəyir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu siyasətçi “Markov. Niçeqo liçnoqo” proqramının efirində deyib.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.