“Belə bir razılaşma hələ də mümkündür”

bele-bir-razilasma-hele-de-mumkundur
Oxunma sayı: 1501

HƏMAS Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə razılığın əldə oluna biləcəyinə ümid etdiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda hərəkat açıqlama yayıb.

“İsrail atəşkəs təklifinə yeni şərtlər əlavə etməyi dayandırarsa, belə bir razılaşma hələ də mümkündür”, - açıqlamada qeyd olunub.

HƏMAS əlavə edib ki, Misir və Qətərin atəşkəs sazişinin bağlanmasına yönəlmiş ciddi və müsbət vasitəçilik səylərini yüksək qiymətləndirir.