Türkiyənin məşhur müğənnisi Bengü boşanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həyat yoldaşı, iş adamı Selim Selimoğlu ilə bu gün yollarını ayırıb.
Altı ildir evil olan ikili qarşılıqlı razılıq əsasında boşanıb. Övladlarının qəyyumluğu Bengüyə verilib.
Qeyd edək ki, Bengü bu ilin yayında konsertində ağlamış, bununla da haqqında boşanma xəbərləri çıxmışdı. Sənətçi daha sonra açıqlama verərək xoşbəxtlikdən ağladığını bildirmişdi.
Xatırladaq ki, Bengü ilə S.Selimoğlu 2018-ci ildə ailə qurub. Cütlüyün iki övladı var.