Benzia milli komandada qol vurdu

benzia-milli-komandada-qol-vurdu
Oxunma sayı: 4528

Altı il sonra Əlcəzair millisinə yenidən dəvət edilən “Qarabağ”ın futbolçusu Yassin Benzia dünən Boliviya ilə keçirilən yoxlama oyununda qol vurub.

“Qafqazinfo” xəbər verir ki, Benzia 79-cu dəqiqədə fərqlənib və komandasının hesabı 2:2 etməsinə səbəb olub.

Qarşılaşma Əlcəzair millisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.