Beqoviç “Qarabağ”dan ayrılır

beqovic-qarabagdan-ayrilir
Oxunma sayı: 1744

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç klubdan ayrılır.

"Qafqazinfo" xəbər verir ki, icarə müddəti yanvarın 1-dək olan təcrübəli əlcək sahibi müqavilə ilə məxsus olduğu İngiltərənin "Bornmut" klubuna dönəcək. Məlumatı açıqlamasında Beqoviçin özü də təsdiqləyib:

"Bu müddət başa çatandan sonra İngiltərəyə dönəcəm. Burada uzun müddət qalmaq istərdim. Amma bu, iki klub arasında olan məsələdir", - deyə bosniyalı qolkiper bildirib.