Bərdədə hamilə qadın əməliyyatdan sonra öldü

berdede-hamile-qadin-emeliyyatdan-sonra-oldu
Oxunma sayı: 1707

Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.

Məlum olub ki, onun hamiləliyi düzgün getməyib və uşaq ana bətnində tələf olub. Həkimlər tələf olmuş uşağı götürmək üçün qadını əməliyyat ediblər.

Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 1990-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Açıqlmaya görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N.Hüseynova səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli