Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı + Fotolar

berdede-kutlevi-dava
Oxunma sayı: 9567

Bərdədə kütləvi dava baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.

İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat  və Abbasov Adıgözəl isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli