“Qafqazinfo” xəbər verir ki, bu barədə B.Hacıyev özünün facebook hesabında məlumat verib. Onun sözlərinə görə, sammit çərçivəsində baş tutacaq "Gələcək liderlər" tədbirində iştirak edəcək: “Sabahı xoş xəbərlə açdım. NATO-nun sentyabrda Uelsdə keçiriləcək Sammitinə dəvət aldım! Barak Obama, Angela Merkel, Fransua Oland və digərləri də gələcək”.
Qeyd edək ki, 40 nəfərdən ibarət “Gələcək liderlər” təbirinə dünyanın müxtəlif ölkələrindən 600-a qədər gənc ərizə ilə müraciət etmişdi.
Son xəbərlər
Son Xəbərlər