Beyl suallara aydınlıq gətirdi

beyl-suallara-aydinliq-getirdi
Oxunma sayı: 721

İspaniyanın “Real” Madrid klubunun futbolçusu Qaret Beyl gələcək karyerası barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, uesli oyunçu UEFA Super kubok oyununda “Mançester Yunayted”ə qalib gəldikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Mən “Real”ın futbolçusuyam və bu komandada oynamaqdan zövq alıram. Hələlik təkcə bunu deyə bilərəm. Hazırda başqa şeydən danışmağa ehtiyac yoxdur”,-deyə Beyl bildirib.

Xatırladaq ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyun öncəsi brifinqdə Beyllə maraqlandıqlarını söyləyib.

Qeyd edək ki, 28 yaşlı futbolçunun Madrid təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var.