Beyləqanda 20 yaşlı oğlan intihar edib.
“Qafqazinfo” xəbər verir ki, İkinci Şahsevən kənd sakini 2003-cü il təvəllüdlü Rasəf Uğur oğlu Qurbanlı yaşadığı evin həyətində kəndirdən asılı vəziyyətdə aşkar edilib. Onun özünü asaraq intihar etdiyi məlum olub.
Balakəndə isə 1974-cü il təvəllüdlü Rövşən Nəsibov tək yaşadığı evində şüşə ilə özünə xəsarət yetirib. O, aldığı xəsarətlərdən vəfat edib. Bildirilir ki, R.Nəsibov spirtli içki aludəçisi olub.
Hər iki faktla bağlı bağlı araşdırma aparılır.