Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində bir nəfər uşaq batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.
APA-nın xəbərinə görə, su kanalında batan uşaq 2015-ci il təvəllüdlü Yeni Mil qəsəbəsi sakini İbrahimov Əhməd Cahid oğludur.
Hazırda azyaşlının axtarışları davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər