Beylin Bakıdakı mətbuat konfransında gülməli anlar - Video

Beylin Bakıdakı mətbuat konfransında gülməli anlar
Oxunma sayı: 4506

Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin bu gün baş tutan mətbuat konfransında təcrüməçi problemi yaşanıb.

"Qafqazinfo"nun məlumatına görə, azərbaycanlı xanımın təcrümə etməkdə çətinlik çəkməsindən sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub. Bu vaxt da maraqlı hadisə baş verib. Qaret Beyl qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın beynəlxalq əlaqələr departamentinin əməkdaşı Orxan Əhmədov anidən onun yanında əyləşib. Konfransın sonlarında federasiya rəsmisinin ani hərəkətindən diksinən “Real”ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında qısa dialoq yaşanıb. Beyl AFFA rəsmisinə "Bir az gec gəlməmisiz" sualını verib. Beylin sualı mətbuat konfransında gülüşə səbəb olub.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi