“Bəzi hallarda onun rəqsləri yersiz olur, bu barədə özünə də demişəm”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp “Fox News” telekanalının efirində həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın rəqsləri haqqında danışarkən bildirib.
Bununla belə, Melaniya bəzən həyat yoldaşının rəqslərini bəyəndiyini deyib.
O əlavə edib ki, ABŞ liderinin rəqsləri insanlara xoşbəxtlik və əyləncə bəxş edir. Birinci xanım həmçinin Trampın çox sevdiyi “YMCA” mahnısına onun inauqurasiyası zamanı özünün də rəqs etdiyini, lakin ərinin rəqsinin daha fərqli olduğunu etiraf edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp kampaniya çıxışları zamanı etdiyi bəzi hərəkətlərin, o cümlədən rəqslərinin həyat yoldaşı Melaniya Tramp tərəfindən bəyənilmədiyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər