Bəzi yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq

bezi-yollarda-gorunus-mesafesi-800-metredek-mehdudlasacaq
Oxunma sayı: 2080

Sabah Azərbaycanın bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.