Göydələnlərin ağırlığı şəhəri batırır

goydelenlerin-agirligi-seheri-batirir
Oxunma sayı: 685

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, dünyanın ən böyük göydələnlərinə sahib olan Şanxayın iş mərkəzi Lujiazui bölgəsinin bu ağırlığın əvəzini çox ağır şəkildə ödəyəcəyi məlum olub.

Mütəxəssislər 1950-ci illərdə başlayan göydələn inşaatı bölgənin yavaş-yavaş çökməsinə səbəb olduğunu söyləyirlər. 2003-cü ilə qədər bölgənin ildə 1.5 sm yerə batdığı, indi isə bu çökmənin getdikcə artdığı bildirilir.

Ötən əsrdən bəri bölgənin 2 metrdən artıq yerı batdığı təsbit edilib.

Torpaqda əmələ gələn yırtıqlar həm əhalini, həm də şəhər rəhbərliyini olduqca narahat edir. Şəhərdə göydələnlərin inşasının dayandırılaması üçün tədbirlər görüldüyü xəbər verilir.