Bıçaqlayan şəxs dostu idi deyə gizlətdi, öldü...

bicaqlayan-sexs-dostu-idi-deye-gizletdi-oldu
Oxunma sayı: 2775

Biləsuvar rayonunda usta yoldaşını bıçaqlayıb öldürən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 3-ü gecə saat 01 radələrində rayon sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaqlanaraq qətlə yetirilib. Məlum olub ki, R.Rzayev usta işləyib və onunla birgə çalışan yoldaşı, 1992-ci il təvəlüdlü Fərid Hətəmovla kafedə yeyib-içərək spirtli içki qəbul edib.

Aralarında yaranan mübahisə zamanı F.Hətəmov R.Rzayevi bıçaqlayıb. Lakin R.Rzayev onunla dost olmasına görə hadisəni gizlədib və həkimə müraciət etməyib. Daxili qanaxma nəticəsində vəfat edib.

Biləsuvar Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Fərid Hətəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Murad Əhməd