İctimai Televiziyada reklam qadağan ediləcək

ictimai-televiziyada-reklam-qadagan-edilecek
Oxunma sayı: 799

“Qafqazinfo”nun “Kommersant” qəzetinə istinadən məlumatına görə, bu barədə Prezident Şurasının üzvü Daniil Dondurey Medvedevin yanında keçirilən müşavirədən sonra bildirib.
Bundan əvvəl Prezident Şurası tərəfindən hazırlanmış konsepsiyada nəzərdə tutulurdu ki, yeni televiziyanın büdcəsinin bir hissəsi reklamların hesabına formalaşdırıla bilər. Reklamların efir vaxtının 10%-indən çox olması planlaşdırılırdı.
Dodureyin sözlərinə görə, Dmitriy Medevedevin İctimai Televiziyanın yaradılması haqqında fərman imzalayacağı gözlənilir. İctimai Televiziyanın üç ay ərzində formalaşdırılması nəzərdə tutulur.
İctimai televiziyanın yaradılması Dmitri Medvedevin layihəsi hesab edilir. Rusiyanın baş naziri Vladimir Putin martın 1-də deyib ki, əgər o prezident seçilərsə, layihə mütləq sona çatdırılacaq.
Putin İctimai Televiziyaziyanın hakimiyyətdən asılı olmayacağını deyib.